12.04.2017

Bakıda 92 yaşlı qadın dördüncü mərtəbədən yıxılaraq ölüb

Bakıda 92 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu B.Çobanzadə küçəsi, ev 45 ünvanında qeydə alınıb.

Orada yaşayan 1925-ci il təvəllüdlü Biqistan Mirzəbəyova ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

a>