14.04.2017

Bakıda 54 yaşlı qadını aldadıb, adına kredit götürdülər – VİDEO

54 yaşlı Bakı sakini Zamirə Əliyevanın başına maraqlı hadisə gəlib. 

METBUAT.info Xəzər Xəbərə istinadən məlumat verir ki, qonşuda yaşayan kirayəçilər onu aldadaraq mağazaya aparıb və bir sıra sənədlərə imza atdırıblar. Sonradan məlum olub ki, imza atdığı sənədlər əslində bahalı telefonların kredit müqaviləsi imiş.

Zamirə Əliyevanın sözlərinə görə, daha sonra həmin şəxsləri nə qədər axtarsa da, axtarışı nəticə verməyib. İndi isə mağaza onu məhkəməyə verərək hər ay pensiyasının müəyyən məbləğini tutur.

Hüquqşünasların sözlərinə görə, qadın polisə müraciət edərək hüquqlarını bərpa edə bilər. Alınan telefonların IMEI kodu vasitəsilə həmin şəxslər təyin edilə və dəymiş maddi ziyan geri qaytarıla bilər.