3.04.2017

“Bakı Metropoliteni” təhlükəsizlik tədbirləri ilə bağlı açıqlama verdi

“Bakı metrosunda təhlükəsizlik məsələləri ilə bağlı sərnişinlərin narahat edəcək heç nə yoxdur”.

METBUAT.info xəbər verir ki, bunu “Report”-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“Bakı metrosunda təhlükəsizlik məsələlərinə birbaşa Daxili İşlər Nazirliyi (polis) və təhlükəsizlik orqanları nəzarət edirlər. Onlar hər zamankı kimi təhlükəsizliyi yüksək səviyyədə təmin edirlər. Sərnişinlərin narahatçılığına əsas yoxdur”, - N. Paşayev əlavə edib.