2.04.2017

Azərbaycanda müəllimə özünü asdı

Biləsuvar rayonunun Bəydilli kəndində intihar hadisəsi baş verib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, 31 yaşlı kənd sakini Esmira Həsənova bu gün gecə saatlarında özünü yaşadığı evdə asıb.

O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirib.

E.Həsənova yeni ailə qurubmuş və Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirmiş.