10.04.2017

Azərbaycana yarım metrə yaxın qar yağdı

Azərbaycana qar yağıb.

METBUAT.info istipress-ə istinadən xəbər verir ki, qar Qubanın bir neçə dağ kəndinə düşüb. Kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, ən çox yağıntı Xınalıq kəndində qeydə alınıb - 35 sm. Qırız da isə qarın hündürlüyü 20 sm-i keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gün axşam saatlarından hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilirdi.

a>