2.04.2017

Aprel şəhidinin ailəsindən nümunəvi addım – VİDEO

Aprel döyüşlərində şəhid olan pilot mayor Təbriz Musazadə öz qəhrəmanlğı ilə dastan yazıb.

METBUAT.info Xəzər Tv-yə istinadən bildirir ki, 36 yaşlı şəhid pilot 2 aprel 2016-cı ildə Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində gedən döyüşlərdə iştirak edib.

Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.

Şəhidin həyat yoldaşı Pərişan Musazadə onun xatirəsini fərqli şəkildə əbədiləşdirib. O, elm və təhsilə hədsiz dəyər verdiyi üçün onun adını daşıyan təhsil və incəsənət hazırlıq mərkəzi açıb.

Mərkəzdə pilotun xatirəsinə muzey guşəsi də yaradılıb. Burda onun şəxsi əşyaları, aldığı təltiflər və şəkillər yer alır. Ən əsasi isə budur ki, mərkəzdə bütün şəhid övladlarına pulsuz təhsil verilir. Şəhidin oğlu Tayfun Musazadə də bu işdə anasına dəstək verir.

Təbriz Musazadə 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzinin bitirib. 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib. 24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib.

a>