1.04.2017

ANS-in keçmiş aparıcısı Türkiyədə seriala çəkildi – VİDEO

Azərbaycanlı aparıcı və aktrisa Tunay Əliyeva Türkiyədə seriala çəkilib.

METBUAT.info Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ATV kanalında yayımlanan “Ölene kadar” serialında rol alıb.

Aktrisa ekran işinin 11-ci bölümündə fahişə obrazında tamaşaçı qarşısına çıxıb.

Qeyd edək ki, Tunay Əliyeva bir vaxtlar ANS telekanalında “Zərif Çərçənbə” verilişinin aparıcılarından biri olub.

a>