14.04.2017

ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər

ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.

METBUAT.info RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.

“Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin mənim bildiyimə görə, o, qüvvədədir”, - Toner deyib.

Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.

ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı.