3.04.2017

ABŞ-ın BMT təmsilçisi: "Rusiya ilə aramızda sevgi münasibəti yoxdur"

ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley Rusiya ilə Birləşmiş Ştatların münasibətlərini şərh edib.

"METBUAT.info" xəbər verir ki, ABŞ rəsmisi Bəşər Əsədi müharibə cinayətkarı olduğunu bildirib. Haley eyni zamanda Rusiyanın Əsədi çox müdafiə etdiyini də qeyd edib: "Əsəd bir müharibə cinayətkarıdır və xalqına qarşı qorxulu işlər görüb. Amma buna rəğmən Rusiya onu çox qoruyur. Bu məsələdə səsimizi yüksəltməyə davam edirik".

Nikki Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyi mövzusunda hər kəsin həmfikir olduğunu vurğulayıb: "Seçiklərimizə heç bir ölkənin müdaxiləsini əsla qəbul edə bilmərik. Vaşinqtondakı müzakirələr və istintaq paytaxt gəvəzəlikləridir. Bu söz-söhbətə yox, əsas problemlərə diqqət yetirmək lazımdır".

Rusiya ilə münasibətlər məsələsində Haley deyib: "Bu dəqiqə Rusiya ilə aramızda sevgi münasibəti yoxdur. Köhnə gücümüzü qazandığımızı başladığımızı onlar da bilirlər. Rusiya Krımı işğal edib.Rusiyaya heç vaxt güvənməmişik".

Rusiyaya aid tənqidlərinə davam edən ABŞ rəsmisi deyib: "Rusiya Əsədi çox müdafiə edir. Rusiya ilə eyni fikirdə olmadığımız məsələlərdə etirazımızı bildiririk".

a>