12.04.2017

ABŞ-da döyüş sursatlarının istehsalı zavodunda partlayış: Ölən var

ABŞ-ın Missuri ştatının İndependens şəhərində yerləşən döyüş sursatlarının istehsalı zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

METBUAT.info xəbər verir ki, bu barədə ABŞ ordusuna istinadən “Associated Press” agentliyi məlumat yayıb. (oxu.az)

Məlumata görə, insident “Lake City Army Ammunition Plant” zavodunda baş verib.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

a>