3.04.2017

ABŞ-da arzuolunmaz qonaq beş nəfəri güllələdi

ABŞ-ın Kaliforniya ştatının Pittsburq şəhərinin polisi ad günü mərasimində baş vermiş atışmada 5 nəfərin güllə yarası aldığını bildirib.

METBUAT.info xəbər verir ki, bu barədə “East Bay Times” nəşri məlumat yayıb.

Yerli polisin nümayəndəsinin məlumatında bildirilir ki, yaralıların hamısı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti sabitdir.

Əyləncə gecəsinin iştirakçıları silahlı şəxsi polisə təhvil veriblər.

Nəşrin məlumatına görə, əyləncə gecəsi zamanı iştirakçılar arasında mərasimi tərk etmək xahişi üstündə dava baş verib. Bu zaman arzuolunmaz qonaq silahını çıxararaq ətrafdakılara atəş açıb.