8.03.2017

Yol polisindən qadın sürücülərə sürpriz – FOTO

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə reyd keçirib.

METBUAT.info SalamNews-a istinadən xəbər verir ki, reyddə yol polisi yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və hədiyyələr veriblər. Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” şüarı altında keçirilən ənənəvi aksiya çərçivəsində, şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir:

“Hər bir nümunəvi xanm sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pusluz yumaq, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”.

Aksiya bu gün axşam saatlarına kimi davam edəcək.

a>