30.03.2017

Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyib

Dünən Yeni Yasamalda yerləşən binada baş vermiş yanğında tanınmış teleaparıcı Vüsalə Kərimovanın da evinə güclü ziyan dəyib.

METBUAT.info bu barədə Milli.Az-a istinadla xəbər verir.

“Mənim evim 10-cu, qonşunun evi isə 11-ci mərtəbədədir. 11 mərtəbəli binanın 11-ci mərtəbəsi yanıb. Yanğından evimə də ciddi ziyan dəyib. Bayaq təhqiqatdan gəlib qiymətləndirmə etdilər. Hardasa qiymətləndirmə 7 min manat yazdı. Üç otaq, bir mətbəx, dəhliz, hamam, ayaqyolu baxımsız haldadır. Bir sözlə, evim su içindədir”.