22.03.2017

Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib

Xəzər dənizində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu olduğu müəyyən edilib.

METBUAT.info-nun xəbərinə görə, bu barədə APA-ya Axtarış - Xilasetmə qərargahından daxil olan məlumatda bildirilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

a>