8.03.2017

Xırdalanda iki yaşlı uşaq evdə diri-diri yanıb

Martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib.

METBUAT.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 10 kvm. sahədə ev əşyaları yanıb.

Mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.