10.03.2017

“WhatsApp” statusları ilə bağlı dəyişiklik etdi – FOTO

“WhatsApp” Status funksiyası ilə bəzi istifadəçi kütləsindən mənfi reaksiya alan şəbəkə “Android” versiyası üçün bir yenilənmə daha edib.
METBUAT.info Technote.az-a istinadən xəbər verir ki, “WhatsApp” “Android” versiyası üçün paylaşılan yenilənmədə gözəçarpan ilk dəyişiklik söhbət ekranında olub.

Əvvəlki versiyada əlavə göndərməyinizə şərait yaradan funksiyanın işarəsi söhbət pəncərəsinin üst hissəsində idi.

Ancaq bu yenilənmə ilə həmin işarə yazı yazdığımız sahəyə köçürülüb. Beləliklə, yazışma içinə əlavələr etmək çox daha asan bir hala gəldi.

Digər dəyişiklik isə “WhatsApp” Status funksiyası ilə silinən yazılı statuslar bu yenilənmə ilə geri gəldi.

Artıq kontakt siyahınızın alt hissəsində əvvəllər olduğu kimi bir status yazıla biləcək ancaq bu status hissəsinin adı “haqqımda” olaraq dəyişdirildi.