13.03.2017

Vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilə bilər”.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Hətta ola bilsin ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrı qanun da qəbul edilə bilər. Yaxud da Birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər. Yəni, hər şey mümkündür”.

Qeyd edək ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.