13.03.2017

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi

Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub.

Bunadək adıçəkilən vəzifədə İlqar Əhmədov olub.

Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı, vergilər nazirinin müşaviri də olub. Hazırda o, müşavir kimi fəaliyyətini davam etdirir.

a>