13.03.2017

Uzaq Şərqdə həyəcan təbili — Şimali Koreya nüvə sınağı keçirə bilər

METBUAT.info ölkə.az-a istinadən xəbər verir ki, bu bəyanatı Cənubi Koreyanın müdafiə nazirliyi səsləndirib. Bildirilir ki, sputnik məlumatlarına əsasən Şimali Koreyanın şimali-şərqində tunel qazılıb. Bu tunel nüvə sınağının keçirilməsi üçün potensial ərazidir.
Məlumatda deyilir: "Hökumətin fikrinə görə, Pxenyan istənilən vaxt nüvə provakasiyası həyata keçirə bilər. Çünki ölkənin nüvə silahı istehsalı planına uyğun olaraq hansısa testlər keçirilir".

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya bəyan etmişdi ki, rəsmi Pxenyan müdafiə qüdrətini möhkəmləndirir və ölkənin nüvə statusuna uyğun olaraq müdafiə vasitələrini inkişaf etdirir.