8.03.2017

Uorlik: Status-kvo müharibə təhlükəsi ehtimalını artırır

Dağlıq Qarabağ münaqişəsindəki status-kvo qeyri-sabitdir və müharibə təhlükəsi ehtimalını artırır.

METBUAT.info-nun xəbərinə görə, bu sözləri “Amerikanın səsi” nəşrinin erməni xidmətinə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.(oxu.az)

“Status-kvo qeyri-sabitdir, o müharibə təhlükəsi ehtimalını daha da artırır, sülh isə regionda hər şeyi dəyişəcək”, - Uorlik qeyd edib.

Onun sözlərinə görə, regionun əhalisi sülhə layiqdir.

“Hər iki prezident irəliyə hərəkət etmək üçün hazır olmalıdır. Onların hər ikisi sülh barədə qərar verməlidirlər... Vaxt çatıb, əgər indi sülh olmayacaqsa, nə vaxt olacaq?”, - keçmiş həmsədr bildirib.

Uorlik qeyd edib ki, ərazilərin Azərbaycana qaytarılmasının müzakirəsi artıq başlamalıdır.