26.03.2017

Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus Mi-2 helikopteri qəzaya uğrayıb.

METBUAT.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin mətbuat katibi Oksana Qavrilyuk bildirib.

Hadisə nəticəsində 5 hərbçi ölüb. İlkin versiyaya əsasən, helikopter elektrik naqillərə toxunub və yerə çırpılıb.

Qəzanın səbəbləri araşdırılır.

a>