16.03.2017

Ukrayna Azərbaycandan olan qəhrəmanla vidalaşır

Luqansk vilayətinin Svatovo şəhərində terror əleyhinə əməliyyat qrupunda könüllü xidmət edən və hərbi tapşırığı yerinə yetirərkən ölən yerli sakin ilə vida mərasimi keçirilib.
METBUAT.info haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Svatovo Rayon Şurasının mətbuat xidməti məlumat yayıb.

Çavuş Sahib Məhərrəm oğlu Atakişiyev martın 13-də Donetsk vilayətində döyüş zamanı aldığı yaradan ölüb.

Vida mərasimində yerli sakinlər, əməliyyatçılar, məktəblilər və hakimiyyət nümayəndələri iştirak ediblər.

“Bu gün biz daha bir qəhrəman, ölkəmizin müdafiəçisi – Sahib Məhərrəm oğlu Atakişiyev ilə vidalaşırıq. Əslən Azərbaycandan olan Atakişiyev Ukraynanı bütün qəlbi ilə sevib və o, həyatını fəda etdi. Rahat yat, döyüşçü. Biz səni unutmayacağıq”, - rayon Şurasının sədri Viktoriya Slepets bildirib.

a>