20.03.2017

Təyyarə yerə düşdü: hamı sağ qaldı

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

METBUAT.info-nun APA-ya istinadən məlumatına görə, təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub.

Ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Təyyarənin “South Supreme Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.