13.03.2017

Türkiyəyə qarşı daha bir qərəzli addım

Hollandiya Türkiyəyə qarşı daha bir qalmaqallı addım atıb.

METBUAT.info-nun məlumatına əsasən, bu barədə “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, türk nazirlərin ölkəsindəki referendumla bağlı Hollandiyada keçirmək istədiyi tədbirləri qadağan edən ölkə “Referenduma yox” kampaniyasının keçirilməsinə icazə verib.

Belə ki, AK partiyasının sabiq deputatı Əbdüllətif Şənər, Türkiyə Barolar Birliyinin sədri Mətin Feyzioğlu və barəsində həbs qərarı çıxarılan HDP-li millət vəkili Tuğba Hezer Öztürk Hollandiyada “Yox” kampaniyası keçiriblər və onlara heç bir maneə törədilməyib. Hətta Əbdüllətif Şənər 3 şəhərdə tədbir keçirib.

a>