29.03.2017

Türkiyənin PKK problemi ABŞ-ın çirkin oyununun nəticəsidir

PKK terror qruplaşması Türkiyənin sərhədindəki Sincar şəhərinə yerləşib.

METBUAT.info ölkə.az-a istinadən xəbər verir ki, PKK Qəndilin 60%-ini Sincara köçürüb. Rəsmi Ankara Sincarda PKK-nın varlığını böyük təhlükə kimi qəbul edir. PKK qruplaşması isə Qəndil şəhərindəki mərkəzini Sincara daşıyır. ABŞ-ın dəstəyi ilə PKK təhlükəsizlik nöqtələri inşa edir.

Azərbaycanlı siyasətçilər isə hesab edirlər ki, Türkiyə üçün PKK problemi hələ də aktual və ən təhlükəli məsələdir. Politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, PKK təhlükəsi Türkiyə üçün həmişə mövcuddur. Onun sözlərinə görə. Türkiyə həmişə olduğu kimi bu problemi də həll edə biləcək.

“Uzun illərdir ki, Türkiyə PKK qüvvələri ilə döyüşür və onları dəf edir. Düşünürəm ki, Sincar problemi də həll ediləcək”, - deyə Z.Əlizadə bildirib.

Siyasətçi deyir ki, ABŞ bu addımı atmaqla həmişəki kimi öz çirkin siyasətinə sadiq qaldığını bir daha nümayiş etdirdi:

“Bu dəfə ABŞ öz çirkin niyyətini daha açıq şəkildə ortaya qoyur. Ən yaxın müttəfiq çətin vəziyyətə düşəndə ondan asılılığı daha da artır. ABŞ Türkiyə ilə müttəfiqdir və onun zəifləməsi Amerikaya xeyir gətirir. Bu güc dövlətlərinin siyasətidir. İstəyirlər ki, bir az prespektivli ölkələri parçalayaraq taqətdən salsınlar. ABŞ vaxtilə SSRİ-yə qarşı bu siyasəti yürüdürdü. Hətta vaxtilə ən faşist sayılan Hitler Almaniyasına da dəstək verirdilər”.