15.03.2017

Türkiyədə partlayış: Ölənlər var

Mardində yaraqlıların işə saldıqları bombanın partlaması nəticəsində Türkiyənin Silahlı Qüvvələrinin iki hərbçisi ölüb.

METBUAT.info haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Dogan” agentliyi məlumat yayıb.

Hadisə Diyarbəkir-Mardin yolunda, hərbçilərin PKK üzvlərinin quraşdırdıqları partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi üzrə aparılan iş zamanı baş verib. Bomba məsafədən işə salınıb.

Hadisə yerinə tibb işçiləri cəlb edilib, qurbanların sayının artması ehtimalı var. Regionda hücuma cavabdeh olanların axtarışı və məhv edilməsi üzrə əməliyyat aparılır.

a>