24.03.2017

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 11 nəfər ölüb

Egey dənizinin Türkiyə sahilləri yaxınlığında, Quşadası istiqamətində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

METBUAT.info-nun “Hurriyyet”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, qayıqda 22 nəfər olub. Onlardan səkkizi xilas edilib, üç nəfərin axtarışı isə davam edir.