24.03.2017

Türkiyə sərhədində gərginlik — Bolqar nümayişçilər sərhədi bağladılar

Türk seçicilərin ölkələrində səs verməsini istəməyən bolqar nümayişçilər sərhədi bağlayıblar.

Türkiyədən Bolqarıstana səfər edənlərin nümayişçilərin olduğu əraziyə keçməsinə icazə verilmir.

Bolqarıstanda növbədənkənar seçkilər başlayır. Türk seçicilərin səs vermələrini istəməyən bolqar fanatlar sərhədi bağlayıblar. Bolqarıstanda ifrat milliyyətçi qrupun aksiyalarını lentə almaq istəyən türk jurnalistlərin ölkəyə girişinə də icazə verilməyib.

Günorta saatlarında aksiyaları lentə almaq üçün sərhəd buraxılış məntəqəsinə yaxınlaşan türk jurnalistlər "Kapitan Andreevo" sərhəd qapısına yaxınlaşıb. Gömrük məmuru isə aksiya səbəbindən jurnalistləri ölkəyə buraxmayıb. Hadisənin beynəlxalq müqavilələrə uyğun olmadığı bildirilsə də, türk jurnalistlər hələ də neytral zonada qalıblar.
Mənbə: Ölkə.az

a>