26.03.2017

Türkiyə ordusu xüsusi əməliyyat keçirib: Terrorçular zərərsizləşdirilib

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri 14 PKK terrorçusunu zərərsizləşdirib.

METBUAT.info-nun APA-ya istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında pilotsuz təyyarə vasitəsi ilə Tunceli rayonunun Qutu dərəsi bölgəsində bir qrup PKK terrorçusu aşkarlanıb.

Bu gün səhər saatlarında hərbi vertolyotların da iştirakı ilə xüsusi əməliyyat keçirilib və 14 terrorçu öldürülüb. Əməliyyat zamanı bir əsgər yüngül yaralanıb.

Məhv edilən PKK terrorçularının tez-tez Tuncelidə yol kəsib, avtomobilləri yandıran qrupun üzvü olduqları bildirilir.