13.03.2017

Türkiyə - Hollandiya qalmaqalı böyüyür

Türkiyə ilə Hollandiya arasında diplomatik böhran getdikcə böyüyür.

METBUAT.info ölkə.az-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyi Hollandiyanın müvəqqəti işlər üzrə vəkilini üçüncü dəfədir ki, nazirliyə çağırıb. Vəkilə 2 nota verilib.

Türkiyə tərəfi Hollandiya rəsmilərindən yazılı formada üzr istənilməsini tələb edir.