10.03.2017

Türkiyə dənizdə neft axtarışlarına başlayacaq

Türkiyə artıq bu il Aralıq dənizi və Qara dəniz akvatoriyalarında neft və qaz axtarışları üçün kəşfiyyat və qazma işlərinə başlayacaq.
METBUAT.info Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-da energetika konfransında çıxış edən Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, Türkiyə energetika sahəsində ciddi dəyişikliklər və iri investisiyalarla müşayiət olunan yeni bir dövrə daxil olur.

B.Albayrak vurğulayıb ki, dünya neft və qaz ehtiyatlarının 60 faizi bilavasitə Türkiyə ərazisinin yaxınlığında yerləşir.

a>