15.03.2017

Türkiyə Avropa İttifaqı ilə müqaviləni pozur

Ankara Aİ ilə miqrasiya üzrə sazişə sadiq qalmağa səbəb görmür və müqavilələrə yenidən baxılmalıdır.

METBUAT.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyənin Aİ ilə iş üzrə naziri Ömər Çelik bəyan edib.

O qeyd edib ki, Ankara sazişin ona aid olan hissəsini yerinə yetirib, Avropa İttifaqı isə öz vədinə əməl etməyib.

Nazirin sözlərinə görə, Brüsselin türk vətəndaşları üçün vizanın ləğv edilməsi üzrə obyektiv mövqe tuta bilmir.

Keçən həftə Avropa İttifaqı ilə mühacirlər üzrə sazişin ləğv edildiyini ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.

2016-cı ilin martın 7-də Brüsseldə Türkiyə və Aİ arasında saziş əldə edilmişdi. Sazişə görə, Yunanıstana Türkiyə ərazisindən tranzit ilə gedən qaçqınların hamısını qəbul etməyə söz vermişdi.

Bunun əvəzində Türkiyəyə Aİ ölkələri ilə viza rejiminin ləğv edilməsi, Avropa İttifaqı ilə inteqrasiya danışıqlarının sürətləndirilməsi və miqrasiya böhranının öhdəsindən gəlmək üçün maliyyə dəstəyi vəd edilmişdi.