30.03.2017

Trampda ciddi psixi xəstəlik aşkar edilib – VİDEO

ABŞ prezidenti Donald Trampın Ağ evdə masanın üstündə olan əşyaların dayanmadan yerini dəyişdirdiyi əks olunan video yayılıb. Bu video prezidentin psixi çatışmazlıqdan əziyyət çəkdiyi ehtimalının meydana çıxmasına səbəb olub.

METBUAT.info Rambler.news-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır. (Oxu.az)

Kadrlarda Tramp işgüzar görüşdə dayanmadan masanın üzərindəki əşyaların yerini dəyişir. İnternet istifadəçilərinin çoxu ABŞ prezidentinin obsessiv-kompulsiv psixi çatışmazlıqdan əziyyət çəkdiyini ehtimal edir.

“O, daima hərəkət edir. Siz fikir vermisiniz, o, qarşısında olan hər bir mikrofonu kökləyir”, - “Twitter” istifadəçisi yazıb.

Nəşr qeyd edir ki, Trampın davranışı ilk dəfə deyil ki, diqqət çəkir.