25.03.2017

Tramp Yunkerlə Tusku səhv salıb

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, bu barədə Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“O (Tramp - red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yaranır ki, sanki ABŞ prezidentini Avropa maraqlandırmır”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

“Financial Times” isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır.

a>