24.03.2017

Tramp artıq “ağıllanıb” — Politoloq rəyi

Fransanın müdafiə naziri Le Drian Rakka əməliyyatı ilə bağlı açıqlama verib.

"METBUAT.info" xəbər verir ki, Suriyanın Rakka şəhərini İŞİD-dən təmizləmək üçün bir neçə gün ərzində hərbi əməliyyatlara start veriləcək.

Nazir deyib: "Fransa Rakkanın əsas hədəf olduğunu həmişə bildirib. Rakkanın mühasirəyə alınıb və bir neçə günə hərbi əməliyyatlar başlayacaq".

Fransalı nazir müharibənin çox ağır keçəcəyini? amma son dərəcə önəmli olduğunu qeyd edib.

Siyasəi ekspertlər hesab edirlər ki, son günlər baş verənlər ABŞ ilə Avropa arasında mövcud anlaşılmazlıqların artıq aradan qalxdığını göstərir. Politoloq İlqar Altay Ölkə.Az-a açıqlamasında bildirib ki, Fransa da bu səbəbdən Amerika ilə razılaşmalara gedir. Onun sözlərinə görə, Avropanın digər ölkələri də tədricən Amerika ilə əməkdaşlıqlarını artıracaqlar.

“ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra Avropa ölkələri bir az gözləmə mövqeyində oldular. Hətta NATO üzvləri də və Amerika ilə dostluq mövqeyində olan ölkələr də münasibətləri dəqiqləşdirmək üçün ölkə rəhbərinin atacağı addımı izləyirdilər. Artıq hiss olunur ki, Tramp siyasətini qaydaya salıb. Xüsusilə Amerikanın xarici siyasəti artıq müəyyən edilib. Tramp seçki ərəfəsində Amerikanın daxili siyasəti, mənafeyi haqqında verdiyi bəyanatlar, digər ölkələrlə əlaqələri o qədər də artırmamaq haqqında fikirləri dəyişir. Tramp bu yaxında Almaniyanın baş naziri Angela Merkel ilə görüşdü. Merkel də Avropa Birliyinin adından danışan səlahəyyətlıi şəxsdir. Bu səbəbdən də, ABŞ ilə Avropa Birliyi arasında münasibətlərin qaydasına düşdüyünü hesab etmək olar. ABŞ ilə Avropa arasında münasibətlər qaydasına düşəndən sonra Fransa Amerika ilə birlikdə Suriya məsələsində razılığa gəlib. Bu razılıq Suriyada Rusiyanın Türkiyə ilə birlikdə əməliyyatlarına cavabdır. Bu Fransa ilə Amerikanın ilk addımlarıdır. Düşünürəm ki, avropanın başqa ölkələri də Amerika ilə NATO çərçivəsində qarşılıqlı əlaqələri daha da artacaq”, - deyə İlqar altay bildirib.
Mənbə: Ölkə.Az