21.03.2017

Telman İsmayılova daha bir zərbə

Moskva şəhərinin Arbitraj məhkəməsi çərşənbə axşamı martın 21-də “BM-Bank”ın (“VTB Group”un strukturuna daxildir) Telman İsmayılovun “Praqa AST” MMC şirkətinə qarşı 331,4 milyon dollarlıq iddiasını təmin edib.

METBUAT.info-nun xəbərinə görə, bu barədə “İnterfaks” nəşrinin müxbiri məhkəmə zalından məlumat verib.

Məhkəməyə müraciət zamanı iddia üzrə məbləğ 318,6 milyon dollar təşkil edirdi, lakin iclas zamanı məhkəmə bankın vaxtın uzadılması səbəbindən məbləğin 331,4 milyon dollara qədər qaldırılmasına dair vəsatətini təmin edib.