13.03.2017

Telman Ağayevə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev T.S.Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

METBUAT.info xəbər verir ki, sənədə əsasən, Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Telman Salman oğlu Ağayevə Prezidentin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.