13.03.2017

Sumqayıt yolunda qəzada xəsarət alan tələbələrin – SON VƏZİYYƏTİ

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrin durumu stabildir.

METBUAT.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova lent.az-a bildirib ki, qəza zamanı xəsarət alan tələbələrdən 5-nin müalicəsi hazırda Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir:

“Qəza sonrası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş iki xəstə isə 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb. Hər iki qız çənə nahiyəsindən əməliyyat olunmalıdır. Amma durumları stabildir. Qorxulu bir şey yoxdur”.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1997-ci il təvəllüdlü Rəsul Sadıqov və 1999-cu il təvəllüdlü Emin Həmidovun da vəziyyəti stabildir və müalicələri davam etdirilir.

Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.