9.03.2017

Solovyov: Erməni səfiri Polad Bülbüloğluna məğlub olur

Martın 9-da öz postunu tərk edəcək Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan rusiyalı aparıcı Vladimir Solovyovun Yerevanda mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məğlub olmasına dair sözlərinə çox sərt reaksiya verib.


METBUAT.info bu barədə haqqin.az-a istinadən xəbər verir.

Solovyov Azərbaycan səfirini fəal adlandıraraq erməni diplomatiyasını passivlikdə ittiham edib.

Vladimir Solovyov



“Ermənistanın Rusiyadakı səfiri kimdir? Kimdir o? Siz onu tanıyırsız? Azərbaycanın Rusiyadakı səfiri kimdir? Polad Bülbüloğlu. Tanınmış bir sima. Öz maraqları barədə danışmalı olan insanların fəaliyyəti haradadır? Əlbəttə, sizin prezidentin Rusiya prezidenti ilə anlaşılan münasibətləri və çox yaxşı bir sistemi var. Əks halda, Qarabağda vəziyyət həll edilməzdi”, - jurnalist bildirib.

Bu sözlərə görə Yesayan Solovyovun ünvanına tənqidlər səsləndirib. O bəyan edib ki, televiziya aparıcısının bir ildir ki, davam edən məqsədyönlü monoloquna məhəl qoymayıb, amma daha buna dözmək niyyətində deyil.

“Bəlkə də Rusiya XİN ilə vidalaşma görüşünə getdiyim bu son iş günümdə susmaq daha yaxşı olardı, çünki mən istəməzdim ki, bu, mənim Ermənistanın Rusiyadakı səfiri vəzifəsində çalışdığım yeddiillik işimin son şərhi olsun. Amma mən məcburam, belə ki, bizim ictimaiyyəti narahat edən məsələyə dair nəzər-nöqtəsini cənab Solovyov bu dəfə Yerevanda səsləndirdi”, – Yesayanın sözlərini Tert.am sitat gətirib.

Polad Bülbüloğlu



İlk olaraq Solovyovun məni tanıyıb və ya tanımamasından danışmaq istərdim. Əgər bu sözlərin ənənəvi mənasından danışsaq, o, yalan deyir. Yox əgər bu sözlərin onun necə qəbul etməsindən danışsaq, o, haqlıdır. Bu mənada o məni tanımır, tanıya da bilməz.

O, məşhur jurnalist olsa da, öz subyektiv fikrini, demək olar ki, müharibə vəziyyətində olan müstəqil ölkələrin rəsmi nümayəndələrinin fəaliyyətinin meyarlarına çevirir və kütlə qarşısında çıxış etmə imkanından istifadə edərək dəfələrlə məsuliyyətsiz çıxışlar edir.

Bunu cənab Solovyovun ittihamçı və hakim olma istəyi fanatizmi kimi qələmə verərək qeyd etmək istərdim ki, onu çatışmayan cəhətlərin də olduğu səfir və səfirliyin fəaliyyəti heç də maraqlandırmır”.

Daha sonra Yesayan Solovyovun Bakıda da belə cəsur çıxış edərək azərbaycanlı diplomatları tənqid edə bilərmi sualını verir.

Oleq Yesayan



Daha öncə erməni KİV-i Oleq Yesayanı postunda “Panama dosyesi” işində adı hallanan Vardan Toqayan əvəz edəcəyinə dair məlumat yaymışdı. 2014-cü ildə Toqayan brilyant cilalaması ilə məşğul olan “Şoqaln” şirkətinin səhmdarı olub.