30.03.2017

Şəmkirdə silahlı insident olub: İki nəfər güllələnib

Şəmkir rayonunda silahlı insident olub.

METBUAT.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus “Niva” markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələ ki, məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.

Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdirilib.

Şəmkir Rayon Polisi Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

a>