27.03.2017

Səmədov: Azərbaycan millisi “DÇ-2018”-də oynaya bilər

Futbol üzrə Rusiya yığmasının əslən azərbaycanlı olan yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan yığmasının “DÇ-2018”-in seçmə mərhələsindəki çıxışını şərh edib.

METBUAT.info-nun məlumatına görə, “Sovetski sport” nəşrinə müsahibəsində Səmədov bildirib ki, başda Robert Prosineçki olmaqla yeni məşqçi heyətinin işləri yaxşı gedir.

“Azərbaycan yığmasının oyunlarını izləyirəm. Hazırki seçmə mərhələdə Prosineçkinin yetirmələri yaxşı təsir bağışlayırlar. Turnir cədvəlini nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan millisi dünya çempionatında oynaya bilər”, - Səmədov bəyan edib.

a>