29.03.2017

Səlim Müslümov: Azərbaycan dünya çempionatına işçi göndərəcək

“Azərbaycan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına işçi göndərəcək”.

METBUAT.info APA-ya istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək mundialla bağlı 200 milyard dollar investisiya qoyulacaq.

“Təbii ki, bu yarışa hazırlıq məqsədilə xeyli sayda işçi lazımdı, amma bu qədər işçi onlarda yoxdur. Buna görə bir neçə ölkə kimi, Qətər dövləti Azərbaycana da işçi göndərilməsi ilə bağlı müraciət edib. Bununla bağlı işlər görülür”, - deyə nazir bildirib.

a>