22.03.2017

Skotland-Yard: Silahlı Londondakı terror hücumunu tək törədib

Silahlı Londondakı terror hücumunu tək törədib.

METBUAT.info oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu Skotland-Yardın nümayəndəsi Mark Rouli bəyan edib.

“Bizdə yalnız bir nəfər barədə məlumat var”, - deyə M.Rouli bildirib.

Bundan əvvəl hücumun 2 nəfər tərəfindən edildiyi barədə məlumatlar yayılmışdı.

Londonda törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.