12.03.2017

Şirvanda zəncirvarı qəza törədən sürücü xəstəxanada ölüb

Avtomobili qaçıraraq zəncirvari qəza törədən 28 yaşlı Şirvan sakini xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
METBUAT.info-nun məlumatına görə, martın 6-da Şirvan sakini, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu qaçırdığı “Hyundai” markalı avtomobili böyük sürətlə idarə edərək şəhərin H.Əliyev prospektində zəncirvari qəza törədib.

Nəticədə müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin və digər ağır bədən xəsarətləri alan yaralı bu gün reanimasiya şöbəsində komadan ayılmayaraq dünyasını dəyişib.