22.03.2017

Şimali Koreya uğursuz raket buraxılışı həyata keçirib

Şimali Koreya Vonsan şəhərinin şərq sahilindən raket buraxılışı həyata keçirib.

METBUAT.info-nun xəbərinə görə, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlum olub.

İlkin məlumata əsasən, növü məlum olmayan raketin sınaq buraxılışı uğursuz olub.

“Çox güman ki, raket buraxıldıqdan bir neçə saniyə sonra partlayıb”, - Reuters agentliyi ABŞ-ın Sakit okean komandanlığının nüamyəndəsinin sözlərini sitat gətirir.