24.03.2017

Şimali Koreya nüvə sınağına hazırlaşır

Şimali Koreya yeni nüvə sınağı üçün hazırlığı yekunlaşdırıb.

METBUAT.info-nun xəbərinə görə, bu barədə Renhap agentliyi ölkənin müdafiə nazirliyindəki anonim mənbəyə istinadən məlumat yayıb.

“Biz hesab edirik ki, Şimali Koreya Kim Çen Inın əmrindən bir neçə saat sonra nüvə sınağını həyata keçirə bilər”, - agentlik mənbənin sözlərini sitat gətirir. O, həmçinin əlavə edib ki, Cənubi Koreya Silahlı Qüvvələri amerikalı hərbçilərlə birgə KXDR gəmilərini daima müşahidə edirlər.

Xatırladaq ki, bundan əvvəl “Fox News” telekanalı adının çəkilməsini istəməyən məmurlarından birinə istinadən bildirmişdi ki, Şimai Koreya mart ayının sonuna qədər yeni nüvə sınağı keçirməyi planlaşdırır.

Xəbərdə həmçinin qeyd edilir ki, ABŞ-ın Müdafiə Nazirliyinin təmsilçiləri KXDR-in nüvə sınağı meydançasına – Punqeriyə aparan yeni tuneli müəyyənləşdiriblər. Lakin buna baxmayaraq KXDR hakimiyyəti ora zəruri avadanlığı yerləşdirməyib.

a>