26.03.2017

Səfir: Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

METBUAT.info xəbər verir ki, bunu martın 26-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Danimarkalı diplomat söhbət əsnasında ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.