1.03.2017

Samir Bağırov Rusiya telekanalında – VİDEO

Müğənni Samir Bağırov Rusiyanın “Birinci” kanalında yayımlanan “Pust qovoryat” verilişinin qonağı olub.

METBUAT.info Qafqazinfo-ya istinadla xəbər verir ki, verilişin əsas qəhrəmanı 90-cı illərin məşhur müğənnisi Marina Xlebnikova olub.

Sənətçinin yaradıcılığından söhbət açılıb, onun uzun müddət dostluq etdiyi məşhur sənətçilər verilişə dəvət olunub.

Azərbaycanlı ifaçı da Xlebnikova üçün verilişə qatılıb, ona sürpriz edib.

Aparıcı Andrey Maloxov Bağırovu səhnəyə dəvət edib. O, Bakıdan həmkarına paxlava, konyak, konfet və azərbaycanlı dizaynerə məxsus hədiyyə gətirib.

Marina “Yalta -Tranzit -1991” festivalındakı xatirələrini bölüşüb:

“Festivaldan sonra dostluq etməyə başlamışıq. Bir dost olmaqdan başqa, eyni yeri də bölüşmüşdük. İkimizdə ikinci olmuşduq”.