22.03.2017

Sabirabadda evdə partlayış olub

Sabirabad rayonunda evdə yanğın hadisəsi baş verib. 

METBUAT.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb.

Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

a>