24.03.2017

Sabiq rusiyalı deputatın qətli kameralara düşdü – VİDEO

Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovun Kiyevdə qətlə yetirilməsi müşahidə kamerasına düşüb.

METBUAT.info oxu.az-a istinadən xəbər verir ki, videoyazı “RBK Ukrayna” nəşrinə hüquq-mühafizə orqanları tərəfindən təqdim edilib.

Martın 23-də Ukrayna DİN bildirmişdi ki, cinayət müşahidə kameraları tərəfindən lentə alınıb.

“Bu şəhərin mərkəzində insanların çox olduğu yerdir. Yol kəsişməsi bir neçə müşahidə kamerası ilə təchiz olunub”, - DİN-nin mətbuat katibi Artyom Şevçenko deyib.